Qırmızı.az
Milli Qəhrəmanın qızını imtahana buraxmadılar
Millət vəkili Əhməd Vəliyevin rəhbəri olduğu “Odlar Yurdu” Universitetində Milli Qəhrəman İsgəndər Aznaurovun qızı 2000 AZN-i ödəmədiyi üçün dövlət imtahanına buraxılmayıb.
Bu barədə Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova AZXEBER.COM-a məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Universiteti (ABU) bağlanandan sonra “köçürmə” yolu ilə “Odlar Yurdu” Universitetinə düşüb:
“ABU bağlanmazdan öncə son kurs təhsilimi alıb, təhsil haqqımı əvvəlcədən ödəmiş və buraxılış imtahanlarımı vermişdim. Lakin ABU-nun bağlanması nəticəsində diplom almaq üçün “Odlar Yurdu” universitetinə köçürüldüm. Təhsilimi davam etdirdiyim müddətdə məndən yenidən 2000 AZN təhsil haqqı ödəməli olduğumu dedilər. Dəfələrlə universitetin rektoru Əhməd Vəliyevin qəbuluna gedib, atamın milli qəhrəman olduğunu və ən azından bunu nəzərə alıb ödənişin ödənilməsində güzəşt edilməsi barədə xahiş etmişəm. O, birinci görüşdə güzəşt ediləcəyini desə də, hazırda pulu ödəmədiyim üçün məni dövlət imtahanına buraxmadılar”.
Məsələ ilə bağlı universitetin rektoru Əhməd Vəliyevlə əlaqə saxlamağa çalışsaq da, rektor telefonlarımıza cavab verməyib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu