Qırmızı.az
Məhəbbət Kazımov dünyasını dəyişdi
Əməkdar artist Məhəbbət Kazımov bu gün yarım saat əvvəl evində dünyasını dəyişib.
AzVision.az-a verilən məlumata görə, müğənni epilepsiyadan (sudurğa) vəfat edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdan (BŞTTTYS) bizə verilən məlumata görə, təcili yardım həkimləri evə çatanda yəni saat 11:03-də artıq o keçinib. Təcili tibbi yardımdan verilən məlumata görə, müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman
kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar.
Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar
xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta
məktəbində alıbdır.
Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu"
ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert
salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox
xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s
ölkələrdə qastrol səfərlərində olub.
Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Məhəbbət Kazımov"Laçın" instirumental ansambılının rəhbəri olub.
1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu