Qırmızı.az
Nazir şəhid olan leytenantla bağlı əmr verdi
Müdafiə Nazirliyi şəhid olan leytenantla bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, Nazirliyin məlumatında bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar!
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri