Qırmızı.az
Gəncədə 8 rayonun işəgötürənləri üçün "Açıq qapı" günü keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair maarifləndirmə tədbirlərinə başlayıb. Növbəti belə tədbirlərdən biri Gəncə şəhərində keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, "Əmək müqaviləsi bildirişi sənin əmək hüquqlarının müdafiəsinin təminat formasıdır" adı altında keçirilən "Açıq qapı" günü-vətəndaş forumunda Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Samux və Göy-göl rayonlarında fəaliyyət göstərən işəgötürənlər, ayrı-ayrı vətəndaşlar iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan forumda çıxış edənlər Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli Fərmanının işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıblar. Bu islahat tədbiri nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarının artırılması üçün daha mükəmməl əsasın formalaşacağı qeyd olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənləri maraqlandıran suallar ətraflı cavablandırılıb. Forum çərçivəsində baş tutan təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları nəzərə çatdırılıb. Bununla yanaşı, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əyani şəkildə nümayiş etdirilib. Bildirişlərin "Elektron hökumət" portalı üzərindən (https://www.e-gov.az) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və s. barədə məlumatlar verilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu