Qırmızı.az
Səhiyyə Nazirliyindən xəbərdarlıq: Mövsümə uyğun olmayan virus yayılıb
Son bir neçə həftədir paytaxtda və ölkənin şimal, cənub bölgələrində insanlar arasında boğazağrısı, hərarətin qalxması, boğazda qıcıqlanma kimi problemlər artıb. Yay fəsli üçün xarakterik olmayan bu əlamətlərin hər hansı virusla əlaqəli olub-olmaması bəlli deyil. Bəzi xəstələr türkəçarə, virus əleyhinə dərmanlar qəbul etsələr də, vəziyyəti nisbətən ağır olanlar isə həkimə müraciət edir.
Bəs vəziyyət nə qədər təhlükəlidir?
Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov Publika.az açıqlamasında istər paytaxt, istərsə də bölgələrdən qripəbənzər virus infeksiyası şikayətləri ilə müraciətlərin olduğunu bildirib:
“Yay aylarında respirator virus xəstəlikləri çox nadir hallarda rast gəlinir. Lakin hazırda ənənəvi durumdan fərqli olaraq istər paytaxt, istərsə də ətraf rayonlardan yuxarı tənəffüs yollarının virus zədələnməsi, hərarət, boğazda qıcıqlanma, burun tutulması, axması ilə müraciətlər olur. Bu əlamətlər yuxarı tənəffüs yollarının virus zədələnməsinə uyğun əlamətlərdir. Problem daha çox uşaqlar arasında rast gəlinsə də, böyüklər tərəfindən də müraciətlər olur. Bu cür respirator virus infeksiyaları mövsüm üçün qeyri-adi haldır.
Bir gün ərzində ən azı 3-5 nəfər bu problemlə bağlı müraciət edir. Amma bu problemdən əziyyət çəkən, lakin müraciət etməyən insanların da sayı az deyil”.
Həkimin sözlərinə görə, virus xroniki situasiyalar - bronxial astma, xroniki iltihab prosesinin aktuallaşmasına səbəb olub.
“Bu virus yoluxucudur, hava, damcı, ünsiyyət yolu ilə yayılan respirator virus infeksiyasıdır. Konkret virusoloji müayinə aparılmadığına görə, bunun renovirus, paraqrip, qrip olması barədə dəqiq məlumatım yoxdur. Virus infeksiyası olduğuna görə onun xarici ölkədən gətirilməsini düşünürəm.
Müraciət edənlərə müvafiq müalicə yazaraq ambulator müalicə tətbiq edilir. Yay fəsli olduğundan xəstəliyin yüksək ağırlaşması gözlənilmir. Amma buna baxmayaraq, astma xəstələrində, vərəmli xəstələrdə vəziyyətin kəskinləşməsi müşahidə edilə bilər. Onlar ehtiyatlı olmalıdır”.
Həkim virusdan qorunma üsullarına da toxunub. Onun sözlərinə görə, ilk növbədə gigiyenik qaydalara əməl etməli, ünsiyyət zamanı bəzi məqamlara diqqət edilməlidir.
“Bu virusa yoluxmuş insanlar ictimai nəqliyyatdan az istifadə etməli, üz maskalarından istifadə edilməli, əllər tez-tez yuyulmalıdır. Çünki virusun yayılmasında hava, damcı yolu ilə yanaşı, əllə kontakt, əlin gözə, buruna toxunması tamamilə minimallaşdırılmalıdır”.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu