Qırmızı.az
Müğənni Rəqsanə qəzaya düşüb (FOTO)
Gecə saatlarında paytaxtda zəncirvari
yol qəza hadisəsi baş verib.
ANS PRESS-in verdiyi məlumata görə, yol qəza
hadisəsi paytaxtın Bakıxanov küçəsində qeydə
alınıb.
Qəza nəticəsində zərər dəyən avtomobillərdən biri
müğənni Rəqsanə İsmayılovaya aid olub.
Qəzanın səbəbkarı olaraq qeyd edilən "BMW X6"
markalı avtomobil "Daewoo" markalı avtomobilə, "Daewoo" isə
"Chevrolet" markalı avtomobilə çırpılıb. Daha sonra "BMW X6"nın
sürücüsü idarəetməni itirərək avtomobili Rəqsanə İsmayılovanın
idarə etdiyi "Range Rover" markalı avtomobili vurub. Zəncirvari
qəzaya səbəb kimi, "BMW X6" markalı avtomobilin yüksək sürətlə
hərəkət etməsi, digərlərinin isə ara məsafəsini gözləməməsi
göstərilir.
Qəzada avtomobillərə ziyan dəysə də, xoşbəxtlikdən
xəsarət alan olmayıb.
Onu da qeyd edək ki, "Range Rover"-i müğənni
Rəqsanə İsmayılova yox, onun sürücüsü idarə edirmiş, o isə arxa
oturacaqda olub. Müğənni hadisədən sonra başqa bir avtomobilə
əyləşərək, hadisə yerindən uzaqlaşıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR