Firudin Cəlilovun müayinələri yekunlaşıb
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilovun müayinələri yekunlaşıb

Sabiq təhsil naziri Firudin Cəlilov səhhətində yaranmış narahatlığa görə Türkiyəyə aparılıb. Dövlət dəstəyi ilə o Bayandır Klinikasında əməliyyat ediləcək.

Hazırda F.Cəlilovla birlikdə Türkiyədə olan həyat yoldaşı Fəridə xanımın Publika.az-a verdiyi məlumata görə, xəstəxanaya gələndən 4 gündür müayinələrə aparılır və bu gün son müayinəsi aparıldıqdan sonra qərar veriləcək. Böyük ehtimalla əməliyyat ediləcək.

“Hazırda vəziyyəti o qədər də ürəkaçan deyil. 20 ildir bu xəstəliklə mübarizə aparır. Həmçinin Bayandır Klinikasında da ildə iki dəfə müalicə alırdı. Ona görə də buradakı həkimlər də onun problemini yaxşı bilir. Son iki ayda vəziyyəti daha da ağırlaşdığından türkiyəli həkimlər təcili gəlməsini istədilər. Ürək damarlarında problem ciddiləşib, həmçinin aorta nahiyəsində də problemlər yaranıb”.

Əməliyyat xərclərinin necə təmin edilməsinə gəlincə, Fəridə xanım bildirib ki, müalicə xərclərinə kömək göstərilməsi məqsədilə dövlətə müraciət ediblər. O bildirib ki, müalicə xərclərini öhdəsinə götürən şəxsin kimliyini Bakıya qayıtdıqdan sonra açıqlayacaqlar.

“İindi həmin şəxsin adını açıqlamırıq. İnşallah Firudin müəllim sağalıb gələndən sonra sizin sayt vasitəsilə həmin şəxsə təşəkkür edəcəyik".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm