Qırmızı.az
İyulun 12-də temperatur 40 dərəcəyə yüksələcək
Bu gün və sabah ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəsas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur, arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
İyulun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 34-39, Aran rayonlarında 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti olacağı gözlənilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu