Qırmızı.az
Bakıdakı silahlı insidentin səbəbi məlum oldu (TƏFƏRRÜAT)
Bakının Binəqədi rayonunda baş verən cinayətin təfərrüatları məlum olub.
Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,
iyulun 12-də, gecə saat 04:00-da Biləcəri qəsəbəsi, “Meydan” kimi
məşhur olan ərazidə boks idmanı ilə məşğul olan şəxslər arasında
dava ölümlə nəticələnib.
Belə ki, 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində
1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il
təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov ilk öncə Fərid
Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı
Şəhriyar Həsənovu qarnından bıçaqlayıb.
Güllələnən qardaş hadisə yerində keçinib. Şəhriyar Həsənov isə ağır
vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Samur
Həsənov tutulub.
Qeyd edək ki, hər üç hadisə iştirakçısı boksla məşğul olurmuş.
Onlar Biləcəri meydanındakı idman zalında məşq edirmişlər.
Deyilənlərə görə, qardaşlarla Samur Həsənov arasında həmişə
narazılıq olub. Sonradan ortada söyüş söyüldüyü üçün münasibətlər
daha da kəskinləşib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün
gecə saatlarında görüşüblər. Tərəflər yenə də ortaq məxrəcə gələ
bilməyiblər. Bu səbəbdən əlbəyaxa dava düşüb. Dava zamanı Samur
Həsənov gəzdirdiyi silahdan istifadə edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı