USAID-in 2,4 milyonluq qrant barədə gizli elanı ...
Bizi izləyin

Qırmızı.az

USAID-in 2,4 milyonluq qrant barədə gizli elanı ...

ABŞ səfirliyi USAID-in Azərbaycanda medianın inkişafına 2,4 milyon dollar həcmində qrant ayırması məsələsinə münasibət bildirib.

USAID-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.

Bununla bağlı mətbuatda yayılan məlumatda elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edildiyi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin edilməməsi xüsusi vurğulanır.

“Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yaza bilməz. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz “Azərbaycan mediasının inkişafı üçün” qrant elan edib”, - deyə bildirilir.

Məlumatda qeyd olunur ki, USAID-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub.

“Beləliklə də, elanda şəffaflıq prinspini pozulub, elan gizlin və xəlvəti şəkildə verilib. Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib. Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır. Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır”, - məlumatda deyilir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bütün dünyada olduğu kimi Azərbaycanda da “Azərbaycan mediaya dəstək fəaliyyəti” layihəsində USAID qrant proqramında iştirak edənlərin arasında sağlam rəqabəti və şəffaflığı dəstəkləyir.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. Sözügedən layihə barədə məlumatı USAID öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli mediaya daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib.Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb”, - deyə səfirlikdən bildirilib.

“Bu günlərdə xəbər tutdum ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID Azərbaycanda media sahəsinin inkişafı üçün qrant elanı veribmiş. Özü də nə az, nə çox - düz 2,4 milyon dollarlıq! Maraqlıdır ki, USAID bu elanı əvvəllər olduğu kimi geniş təbliğ etmək gərəyi duymayıb. Halbuki illər öncəsində bu agentlik öz qrant elanlarını gen-bol reklam edərdi”.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm