Polis əməkdaşı qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Polis əməkdaşı qəzaya düşdü

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib. Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 148-ci kilometrliyində, Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini 56 yaşlı Fərman İbrahimovun idarə etdiyi VAZ-21 markalı avtomobilə 29 yaşlı Elvin Seyidovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.

Nəticədə, F.İbrahimov rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərkən dünyasını dəyişib. Digər sürücünün isə müalicəsi xəstəxanada davam etdirilir. Xəstəxananın həkimi Şirin Abbasovun Publika.az-a verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağır hesab edilir.

Qeyd edək ki, yaralanan Elvin Seyidov polis əməkdaşıdır. O, Qax rayon polis şöbəsində Zəyəm, Şotavar və Qoroğan kəndləri üzrə sahə müvəkkili vəzifəsində çalışır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm