Qırmızı.az
Bu gün Həzrət Əlinin şəhadət günüdür
Bu gün ilk imam, İslam Xilafətinin 4-cü xəlifəsi Həzrət Əli
əleyhissalmın şəhadət günüdür. O Kufə məscidində Hicri-Qəməri
təqvimi ilə 40-cı il, Ramazan ayının 19-da, sübh namazını qıldığı
zaman sui-qəsdə məruz qalaraq, başından zəhərli qılıncla
vurulub.
İmam Əli (ə) Miladi təqvimlə 600-cü ildə Məkkə şəhərində yerləşən
müqəddəs Kəbə evində dünyaya gəlib. İmam (ə) əziz İslam peyğəmbəri
Həzrət Muhəmmədə (s) ən yaxın şəxslərdən və onun gətirdiyi dinə ilk
iman gətirənlərdən olmuşdur.
İmam Əli (ə) Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhranın (ə) həyat
yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır. Məşhur
rəvayətə görə, Quranda Əhli-Beytə (ə) dair ayə nazil olduqda (bax:
surə 33, ayə 33), Həzrət Peyğəmbər (s) Əlini, eləcə də qızı Fatimə
və nəvələri Həsən ilə Hüseyni əbasının altına alaraq, “bunlardır
mənim Əhli-Beytim” deyə buyurub.
Həzrət Əli (ə) 656-cı ildə, xəlifə Osman bin Əfvan qətlə
yetirildikdən sonra müsəlman ümmətinin təkidi ilə xəlifə
seçilmişdir. 5 illik xilafəti dövrü olduqca çətin şəraitdə keçmiş,
daxili düşmənlərin silahlı müxalifətilə üzləşib.
Nəhayət, 661-ci ildə, mübarək Ramazan ayının 19-cu gecəsində
xəvariclərdən olan Əbdürrəhman bin Mülcəm tərəfindən Kufə şəhərində
zəhərli qılıncla zərbətlənmiş, iki gün sonra aldığı zərbədən şəhid
olub. Bu il həmin gün bugünə - 18 iyul tarixinə təsadüf edir.
İmamın pak cənazəsi indiki Nəcəf şəhərinə gətirilmiş, burada dəfn
edilmişdir. Elə həmin dövrdən bu məkan müsəlmanların kütləvi
ziyarət yerlərindən birinə çevrilib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri