Qırmızı.az
Bakıda 23 yaşlı gənc boşadığı arvadını oğurlayıb təcüvüz etdi
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü L.S. boşadığı arvadını oğurlayaraq zorlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu hadisə Bakının Yasamal rayonunda baş verib.
L.S. bir il əvvəl həyat yoldaşı Vəfadan (ad şərtidir - red.) ayrılıb. O, daha sonra arvadı ilə barışmaq istəyib. Lakin qadın onunla barışmayıb. Bundan sonra L. S. keçmiş arvadını oğurlamaq qərarına gəlib.
Bu məqsədlə L. S. dostları – 1992-ci il təvəllüdlü S. Ə. və 1989-cu il təvəllüdlü C. S. ilə qabaqcadan cinayət əlaqəsinə girərək Vəfanı oğurlaylıblar. Dostlarının köməkliyi ilə keçmiş arvadını oğurlayan L.S. onu öz evinə gətirib və zorla onunla cinsi əlaqədə olub.
Bundan sonra Vəfa polisə şikayət edib. Onun şikayəti əsasında təqsirləndirilən şəxslər həbs edilib.
L.S. Cinayət Məcəlləsinin 149-ci (zorlama), S. Ə. və C. S. isə Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu)
maddəsi ilə ittiham ediliblər və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu gün təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib və məhkəmə baxışı fevralın 5-nə təyin olunub.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...