Qırmızı.az
Zorlamada ittiham olunan məktəb direktoru kəndi tərk edir?
İsmayıllı rayonu Kürtmaşı kəndində 30 saylı məktəbdə yerləşən Ağdam məktəbi ərtafında qalmaqal böyüyür.
Bir müddət əvvəl Ağdam məktəbinin direktoru Zahid Namazovun 18 yaşlı qıza təcavüz etməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin məlumat Z.Namazov və hüquq mühafizə orqanları tərəfindən təsdiqlənməmişdi.
Daha sonra rayon icra başçısı da kənddə olduğu zaman sakinlər tərəfindən yenidən həmin məsələ ilə bağlı müraciət olmuşdu. Hadisə ilə bağlı araşdırma getdiyi bir vaxtda kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, artıq Ağdam məktəbi kənddən köçürülür. Bununla bağlı bir müddət əvvəl məktəbdə keçirilən iclas zamanı qərar verilib. Z.Namazovun da heyvanlarını sataraq kənddən köçməyə hazırlaşdığı bildirilib.
Sakinlər onu da bildirir ki, zorlandığı iddia edilən qız Bakıya ekspertizaya aparılıb. Oradan qayıtdıqdan sonra isə daha anası hadisə barədə danışmır. Baxmayaraq ki, ilk dəfə məsələ ilə bağlı məhz anası şikayət etmişdi.
Bu iddia ilə əlaqədar olaraq Z.Namazovla əlaqə saxladıq. O, bu məlumatların əsassız olduğunu dedi:
“Məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Belə bir qərar Nazirlər Kabineti tərəfindən verilə bilər. Lakin məktəbin bağlanması barədə heç bir qərar yoxdur. Bu xəbərləri deyənlər əvvəlki şayiəni yayanlardır. Bizim məktəb bağlanmayıb, bağlanmayacaq da. Mənim kənddən çıxmağım barədə deyilənlər də yalandır. Belə bir qərarım yoxdur”.
Simnarə
Gülxar
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı