Qırmızı.az
Elşad Xose şəhidlərin ruhunu təhqir etdi
Reper Elşad Xosenin bu gün paylaşdığı fotosu qalmaqala
səbəb olub.
Hovuzda çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirən və
“Çim-çim” yazan Xose izləyicilərin sərt tənqidi ilə qarşılaşıb.
Belə ki, Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir
gündə həmin fotonun paylaşılmasının düzgün olmadığını deyən
ziyarətçilər reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose
qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək,
üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını
deyib:
“Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı
salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də
keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah
rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də...
Qaçqınlar indi “xod gedir”. Yaxşı oğlanlar idiniz, orada axıradək
dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?”.
Qeyd edək ki, Axsam.az saytının əməkdaşı məsələylə bağlı E.Xose ilə
əlaqə saxlayıb. Reper şərhləri özünün yazdığını etiraf edib.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq