Qırmızı.az
"Çağ öyretim"in binası dövlətin balansına qaytarılacaq
Bakıda bağlanmış "Çag ögretim İşletmeleri" müəssisələrinin binaları dövlətin mülkiyyətidir və onun balansına qaytarılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, Bakı Özəl Türk Liseyinin binası istisna
olmaqla, həmin binaların xeyli hissəsi icarəyə götürülüb: "Bakı
Özəl Türk Liseyinin binasına gəldikdə, onun Qafqaz Universitetinə
verilməsi haqqında təklif var. Bu barədə konkret qərar qəbul
ediləcək".
Məmmədovun dediyi kimi, bağlanmış "Çag ögretim İşletmeleri"
təşkilatının tədris müəssisələrinin binalarında olan əmlak
Beynəlxalq Tədris Mərkəzinin [ARDNŞ-nin idarəçiliyi altındadır]
mülkiyyətidir: "Biz ondan gələcəkdə istifadə olunmasına dair qərar
qəbul edəcəyik".
Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti və "Çag ögretim
İşletmeleri" təşkilatının tədris müəssisələri bu ilin martında
Beynəlxalq Təhsil Mərkəzinin tabeçiliyinə keçib. Bu mərkəzin
tərkibində Türkiyə kurikulumu üzrə çalışan 11 "Çag ögretim" məktəbi
və "Araz" kurslarının 13 filialı var idi.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR