Qırmızı.az
Azərbaycan İrana 12 məhbus təhvil verib
Bazar ertəsi günü Azərbaycan həbsxanalarında saxlanılan 12 iranlı məhbus ölkəsinə qaytarılıb.
Onlar Astara SNBM-dən İranın ədliyyə işçilərinə təhvil verilib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyi xəbər verib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə,
qaytarılan 12 məhbusdan 3-ü qadındır. O, qeyd edib ki, Azərbaycan
həbsxanalarında 6 iranlı məhbus qadın saxlanılırdı ki, onlardan 3
nəfəri bu gün qaytarılıb, 3 nəfərdə yaxın günlərdə İrana təhvil
veriləcək.
Səfir deyib ki, Azərbaycan rəsmiləri ilə əldə olan razılığa görə,
idari proseduralar keçirildidikdən sonra daha 35 iranlı məhbus öz
ölkəsinə qaytarılacaq.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycan həbsxanalarında 180
məhbus saxlanılır ki, onların da əksəriyyəti narkotik vasitələrin
əldə edilib saxlanılması, daşınması, qaçaqmalçılıq yolu ilə
Azərbaycan Respublikasına gətirilməsi və realizə edilməsi ilə
ittiham olunurlar.
Qeyd edək ki, bundan öncə bu ilin əvvəlindən Azərbaycan İrana
30-dan çox məhbus təhvil verib, həmçinin İranda saxlanılan 5
azərbaycanlı məhbus ölkəmizə qaytarılıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu