Qırmızı.az
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
Yaxın zamanda Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz
əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt
rejimində verilməsi xidmətini təqdim edəcək. Bu barədəkomitənin
yaydığı məlumatda deyilir.
Məlumata görə, hazırda bu xidmətin istifadəyə verilməsi ilə əlaqədar hazırlıq işləri başa çatır. Ölkə vətəndaşları əmlakın hüquqi vəziyyəti ilə bağlı bu arayışları 2014-cü ilin əvvəlindən onlayn qaydada əldə edəcəklər.
2014-cü ildə komitə tərəfindən daha 10 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır.
Xidmətlər e-emdk.gov.az səhifəsində yerləşdiriləcək. Qeyd edilən internet resursu vətəndaşlara elektron xidmətləri "bir pəncərə" prinsipi üzrə əldə etməyi təmin edir.
Komitə 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir.
Qeyd olunan elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərin hamısı "Elektron hökumət" portalına inteqrasiya edilib.
Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 8800-ə yaxın müraciət daxil olub.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir