Azərbaycanlılar İsveçdə aksiya keçirib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlılar İsveçdə aksiya keçirib

Avqustun səkkizində İsveç Krallığının ikinci böyük şəhəri olan Yöteborqda yaşayan azərbaycanlılar aksiya keçirib.

Publika.az-ın məlumatına görə, aksiyaya Ermənistanın ölkəmizə qarşı son günlərdə həyata keçirdiyi hərbi müdaxilə cəhdlərinə və Ermənistanın Qarabağı işğal etməsi, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozduğuna və Ermənistanın işğalçı siyasətinə etiraz olaraq keçirilib.

Etiraz mitinqi saat 16:00-da başlayaraq saat 18:00-a kimi davam edib. Aksiyada iştirak edən həmvətənlərimiz Ermənistanın işğalçı hərəkətlərinə son qoyulması, Azərbaycanın işğal olunmuş və Dağlıq Qarabağa aid olmayan ərazilərinin qeyri-şərtsiz geri qaytarılması,1 milyondan çox qaçqının öz torpaqlarına dönməsi və yalnız bundan sonra Dağlıq Qarabağın statusunun danışıqların predmeti ola biləcəyini tələb ediblər.

Həmçinin aksiya iştirakçıları İsveç Krallığı da daxil olmaqla beynəlxalq birlikdən BMT-nin qəbul etdiyi 822, 853, 874, və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə, habelə Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin şərtlərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qaçqınların öz torpaqlarına qayıtmasının təmin olunmasını tələb ediblər.

Mitinqdə ”Ermənistanın Azərbaycana qarşı aqressiyasına son qoyulsun”, ”Qarabağa azadlıq ”, ”Qarabağ Azərbaycan ərazisidir” və sairə şüarlar səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm