Qırmızı.az
Leyla Əliyeva tələbələri seminara dəvət edir
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) səyyar seminarda iştirak üçün müsabiqə elan edir.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, RAGB-nin idarə heyətindən bildiriblər ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasının ali təhsil müəssisələrinə daxil olmaq üçün qəbul sınaqlarından uğurla çıxmış bütün birinci kurs tələbələrini təbrik edir və onları RAGB-nin birinci kurs tələbələri üçün keçirilən ilk səyyar seminara dəvət edir.
Tədbir sentyabrın 20-21-də Kaluqa vilayətinin "Etnomir" Mədəniyyət və Təhsil Mərkəzində keçiriləcəkdir. Seminar iştirakçıları RAGB-nin fəaliyyəti ilə tanış olmaqla bərabər, bu qeyri-formal qurumun mütəxəssislərinin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər.
Seminarın sonunda tələbələri RAGB-yə üzv seçmək nəzərdə tutulur.
Seminara Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanışlığa maraq göstərən və öz yaradıcılıq potensialını üzə çıxarmaq istəyən hər kəs dəvət olunur.
Seminarda iştirak etmək üçün təhsil aldığın yer, seçdiyin ixtisas barədə məlumatları [email protected] ünvanına göndərmək, vətəndaşlığı və əlaqə məlumatlarını (telefon, e-mail) göstərmək lazımdır.
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO