Qırmızı.az
Qadın öz evində ölü tapıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Binəqədi rayonunda 1945-ci il təvəllüdlü Oşitova Lidiya
İvanovnanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə
qalması barədə məlumat daxil olub.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,
dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum
olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və
telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət
və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci
mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, içəri daxil
olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə
aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım
Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə
nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib.
L.Oşitovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA