Qırmızı.az
Azərbaycanda atalıq məzuniyyəti: tezliklə öz həllini tapacaq
“Ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür”.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır.
“Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”, - deyə A.Kərimov diqqətə çatdırıb.
Nazir müavini mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər:
“Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq”.
A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
