Qırmızı.az
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdır: Xəbərim olmayıb
Bakı şəhərində 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan hərəkətinə görə töhmət verilən coğrafiya müəllimi Nərgiz İsmayılova qərardan narazıdır.
"Xəzər Xəbər"ə açıqlamasında N.İsmayılova deyib ki, o hadisədə heç bir günahı yoxdur və bu töhmətə layiq deyil.
O bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə öncədən məktəb rəhbərliyinə məlumat verilib. Müəllim qeyd edib ki, videoda iddia olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.
"Video çəkildiyindən, eyni zamanda şagirdin partanın üzərinə ayağını qoymasından xəbərim olmayıb. Bu davranışların əksəriyyəti tənəffüs zamanı baş verib. Şagird partanı götürüb qaldıran zaman hadisədən xəbər tutdum və danladım", - deyə o əlavə edib.
N.İsmayılova video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını, həmçinin töhmətin ləğv edilməsi üçün Təhsil Nazirliyinə müaricət etdiyini də bildirib.
Xatırladaq ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı 165 nömrəli tam orta məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. (trend)
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO














.jpg)
















