Qırmızı.az
Keşlə sakinləri ilə səyyar görüş keçirildi - FOTO
Nizami rayonu Keşlə qəsəbəsindəki 201 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qəsəbə sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Publika.az xəbər verir ki, görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharıbəsində Şanlı Ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən, Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Eyni zamanda, dövlət başçısının rəhbərliyi altında ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın hərtərəfli inkişafı üçün görülən işlər barədə məlumat verib.
Qəbulda iştirak edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırmalara ehtiyac duyulan məsələlər nəzarətə götürülüb.
Keşlə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





