16 dərəcə şaxta, qar, külək... - BU GÜNÜN HAVASI
Bizi izləyin

Qırmızı.az

16 dərəcə şaxta, qar, külək... - BU GÜNÜN HAVASI

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az">Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm