Qırmızı.az
Zeynəb Kazımova 12 günlük vəzifəsindən İSTEFA VERDİ
“Hesablama Palatası ilə yolumu ayırdım. Öz ərizəmlə Palatada tutduğum aparıcı məsləhətçi vəzifəsini, həmçinin icra etdiyim mətbuat katibi vəzifəsini tərk etdim”.
Publika.az xəbər verir, bunu Zeynab Kazımova bildirib.
“Çox qısa vaxt ərzində olsa da, əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimiz hər zamankı kimi yüksək səviyyədə oldu. Bundan əvvəlki qurumlarda da olduğu kimi, təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, materialların operativ, dolğun hazırlanması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qaldım. Azərbaycan mediasında 27 illik jurnalist fəaliyyətimlə bərabər 17 ildir ki, müxtəlif qurumlarda sıfırdan ictimaiyyətlə əlaqələr və mətbuat xidməti strukturlarını quraraq, sözügedən qurumların qısa zamanda tanıdılması, cəmiyyətdə müsbət imicinin formalaşdırılması, ictimaiyyət arasında nüfuzunun yüksək səviyyəyə qaldırılması və media ilə əməkdaşlığın peşəkar, qarşılıqlı etimad və inam əsasında həyata keçirilməsini təmin edərək, müvafiq strukturların ilk rəhbəri olmuşam, həmin qurumların hər birinin tarixinə ilk şöbə rəhbəri və mətbuat katibi olaraq adım yazılıb və buna görə çox şanslıyam”, - deyə eks-mətbuat katibi bildirib.
Z.Kazımova jurnalistlərə əməkdaşlığa görə təşəkkür edib.
“Bundan sonra da hansı qurumda çalışmağımdan asılı olmayaraq, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gəlməyə çalışaraq xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm”.
Xatırladaq ki, Z.Kazımova Hesablama Palatasına 31 martda təyinat almışdı.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)