Qırmızı.az
BNA-da böyük qanun pozuntuları aşkarlandı
Bakı Nəqliyyat Agentliyi tərəfindən başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real tələbatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.
Publika.az Bakupost-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının Bakı Nəqliyyat Agentliyinin 01.10.2019-cu il tarixindən 01.01.2021-ci tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair dövlət maliyyə nəzarət tədbiri zamanı üzə çıxıb.
Qeyd olunub ki, bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib. 2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb.
Qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib, eləcə də müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb. Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün Agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 %-i istifadə olunub.
Dövlət büdcəsinin investisiya xərcləri hesabına Agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (16.11.2018 tarixli və 03.04.2020 tarixli müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
































