Qırmızı.az
Bakıda 122 min bina söküləcək - 2040-cı ilədək... - VİDEO
Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.
Publika.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis- kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.
Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.
Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov "Xəzər Xəbər"ə bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub. Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək. Onun fikrincə, şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiyməti bahalaşacaq.
Qeyd edək ki, Bakı şəhərinin Baş planı 4 prioritet hədəf əsasında hazırlanır. Bunlar şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyasi, şəhərin memarlıq siması və tarixi irsə qayğı, elcə də yeni məzmunudur. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)



















.jpg)

.jpg)