Qırmızı.az
Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirildi
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub.
Publika.az-ın Report-a istinadla məlumatına görə, xatirə lövhəsi və barelyef şəhidin yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ünvanda doğum günündə istifadəyə verilib.
Mərasimdə M.İbrahimovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
M.İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov tədbirdə çıxış edərək bildirib ki, bugünkü mərasim şəhidin doğum gününə ərməğandır: "Şəhidlik elə bir yüksək məqamdır ki, hər adama nəsib olmur. Qardaşımın 40-cı yaş gününü onun yoxluğu ilə qeyd edirik. Məhərrəmdən bizə yadigar iki oğul övladı qalıb. İnanıram ki, onlar da gələcəkdə Vətənə layiqli övlad olacaqlar".
Ə.İbrahimov onu da vurğulayıb ki, gələcəkdə Binəqədi rayonundakı şəhid jurnalist Məhərrəm İbrahimov adına olan küçədə şəhidin xatirəsinə bulaq istifadə veriləcək. Həmçinin, şəhid jurnalistin adına kitab təqdimatı da nəzərdə tutulub.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında qeyd edib ki, şəhid jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun adları Azərbaycan mətbuatına qızıl hərflərlə yazılıb: "Hazırda onların yaxınları da media sahəsində çalışır. Canlarını fəda edən jurnalistlərə Allahdan rəhmət diləyirəm".
"AZƏRTAC" informasiya agentliyinin İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov bildirib ki, dövlət teleqraf agentliyi Məhərrəmin ilk və sonuncu iş yeri olub: "Çox məsuliyyətli və dəyərli jurnalist idi. Hərbi jurnalist kimi formalaşıb yetişmişdi. Ən çətin məqamlarda hər zaman öndə gedərdi. Məhərrəm Vətən müharibəsi başlayan zaman isə o torpaqlara ilk getmək istəyənlərdən biri idi, getdi də…"
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.
M.İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO

















.jpg)















