Qırmızı.az
Qarabağda 13 kənddə yaşayış məntəqəsi salınır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kəndlərinin, Laçın rayonunun Güləbird kəndinin, Zəngilan rayonunun Məmmədbəyli və Cahangirbəyli kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndinin və Şuşa rayonunun Daşaltı kəndinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.
Publika.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər üzrə), “Qala Group” MMC (9-12-ci tenderlər üzrə) və “Feniks-AA” MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.
Qeyd edək ki, daha əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ


































.jpg)

