Şəhidlər Xiyabanı yanında barın fəaliyyətinə hansı məmur icazə verib? - SƏRT SÖZLƏR
Bizi izləyin

Qırmızı.az

Şəhidlər Xiyabanı yanında barın fəaliyyətinə hansı məmur icazə verib? - SƏRT SÖZLƏR

Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubunun açılması müzakirələrə səbəb olub. Ərazidə yaşayan sakinlər belə bir əyləncə məkanının Şəhidlər Xiyabanının yanında fəaliyyət göstərməsinə etiraz ediblər. Din xadimləri, ictimai söz sahibləri də bu hadisəni biabırçı hal kimi qiymətləndirirlər.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a bildirib ki, Şəhidlər Xiyabanı yaxınlığında gecə klubunun açılması yolverilməzdir və bu, milli-mənəvi dəyərlərimizə qarşı həqarətdir.

Şərqşünas hesab edir ki, bu cür biabırçılığa icazə verən, şəhid doğmalarının qəlbinə toxunan və şəhidlərimizin ruhlarını incidənlər nəinki mənəvi baxımdan, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar.

src="/storage/files/upload/042ec2bdbf3ddebf7bd623e6db755cc218317cca.jpg" style="width: 444px; height: 327.08px;" class="fr-fic fr-dib fr-fil">

“Hələ şəhidlərimizin doğmalarının, qazilərin yarası sağalmayıb. Bu cür halın baş verməsi, xüsusi olaraq Şəhidlər Xiyabanı ətrafında gecə klublarının fəaliyyət göstərməsi mənəvi dəyərlərimizə, milli-mədəni irsimizə zidd davranışların görüntüsüdür. Bunu qətiyyətlə qınayırıq. Bu cür əyləncə yerlərinin Şəhidlər Xiyabanı, məscidlər və digər mübarək məkanların yaxınlığında açılmasına kim icazə veribsə, onlar aidiyyəti dövlət qurumları tərəfindən cəzalandırılmalıdır. Buna göz yuman, icazə verən məmurlar bir şeyi unudublar ki, Azərbaycanda milli, mənəvi və mədəni irsimizin həqiqi təəssübkeşi və himayəçisi Qarabağın fatehi Prezident İlham Əliyev cənablarının özüdür. Dövlət başçısının mənəvi dəyərlərimizin mühafizəçisi olduğu halda, bu cür biabırçılığa icazə verənlər həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar. Çünki o şəxslərin bu əməli ölkə rəhbərinin apardığı işlərə qarşı böyük bir təxribatdır. Bunu bir həqarət kimi qəbul edirəm. Digər yerlərdə də buna bənzər hallara kimlərsə niyyətlənibsə, onları durmağa dəvət edirəm. Nəfslərinin girovluğunda buna icazə verən şəxslərin cəzalandırlması labüddür”, - C.Əzimbəyli qeyd edib.

src="/storage/files/upload/055d59db4fb4fef3003f9a2cb8484e0ba6b052c1.jpg" style="width: 426px; height: 348.338px;" class="fr-fic fr-dib fr-fil">

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Bunun üçün isə dövlətin humanitar siyasəti dəyişməlidir.

Şəhidlər Xiyabanı yaxınlığında gecə klubunun açılmasını xoşagəlməz hal kimi dəyərləndirən sosioloq bildirib ki, hər dəfə hansısa Şəhidlər Xiyabanı yanında yerləşən bu cür məkanları bağlatmaqla problem həll olunmayacaq. Onun sözlərinə görə, bununla bağlı dövlət qurumlarının xüsusi mövqeyi olmalıdır.

“Humanitar siyasətimiz dəyişməlidir. Bu cür halların qarşısını almaq üçün ölkədə bu sahədəki siyasətdə aydın və konkret mövqe mütləq əks olunmalıdır. Biz istəyiriksə ki, cəmiyyətimiz arzu olunan formada inkişaf etsin, o zaman mənəvi dəyərlərə hörmət olmalıdır. Min illərdir bütün dahi şəxslər, peyğəmbərlər, dini kitablar cəmiyyətdə mənəvi dəyərlərin öndə olması üçün çağırış edib. Harada ki, mənəvi dəyərlər öndə olub, o cəmiyyət öz-özünü tənzimləyib, orada inkişaf və tərəqqi olur. Bu, yüz illərdir təcrübədən keçib. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırılır, arxa plana keçir, hansısa dəyərlərin kölgəsində qalır, orada hökmən xoşagəlməz vəziyyət yaranır. Orada mənəvi aşınmalar, qarşıdurmalar olur, kriminal vəziyyət inkişaf edir. Biz 44 günlük müharibədə qalib gəldik. Mənəvi, sosial, humanitar sahədə də irəli getməliyik ki, gələcəkdə başqa cəbhələrdə qalib gələk. Ölkəmizdə mənəvi dəyərlər öndə olmalıdır. Bunun üçün insanlar ilk növbədə adət-ənənələrinə hörmət etməlidir. Elə məsələlər var ki, onlar əsrlərdir insanların yaddaşında oturub, bu da xalqımızın mənəvi zəngin olmasına kömək edir”, - sosioloq vurğulayıb.

Qeyd edək ki, artıq Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığındakı gecə klubu bağlanıb. Bu barədə gecə klubunun əməkdaşı məlumat verib. Bildirilib ki, klub həmin ərazidən şəhərin başqa yerinə köçürüləcək.

Daxili İşlər Nazirliyi (DİN) isə məsələyə hüquqi qiymətin veriləcəyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm