Qırmızı.az
Həmin jurnalistləri hər il yad etməliyik - Mollazadə
“Biz ermənilər tərəfindən qətlə yetirilmiş jurnalistlərimizin və media nümayəndələrimizin xatirəsini yad etmək üçün mütləq bütün beynəlxalq təşkilatlara, ələlxüsus, medianın hüquqlarını müdafiə edən qurumlara mütəmadi olaraq məlumatlar verməliyik”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, jurnalistlərimiz öz peşə borcunu yerinə yetirərkən cinayətkarlar tərəfindən qətlə yetiriliblər:
“Biz həm Birinci, həm də İkinci Qarabağ savaşı zamanı və ondan sonra erməni təxribatları nəticəsində həlak olan jurnalistlərlə bağlı informasiyaları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz hər il onları anırıq. Bununla kifayətlənməməliyik. Bu jurnalistlər barəsində məlumat bütün beynəlxalq təşkilatlarda olmalıdır. Həmin təşkilatlar bu qətllərin qatillərini qınamalıdırlar.
Biz indiyə qədər Xocalıda qətlə yetirilən uşaqların, qadınların qatillərini ədalət məhkəməsinə cəlb etməmişik. Yaxşı olardı ki, bu məhkəmələr beynəlxalq məhkəmələr olsun. Təkcə Azərbaycan tribunalları ilə kifayətlənmək olmaz. Hərbi Prokurorluq 38 nəfər Xocalı qatili ilə bağlı beynəlxalq instansiyalara siyahı vermişdi. Bu siyahıda olan cinayətkarlar eyni zamanda beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən də axtarışa verilməlidir”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)