Qırmızı.az
Meymunçiçəyi virusunun Azərbaycana gəlməsi realdır - Həkim rəyi
“Meymunçiçəyi virusu da poksi viruslara aiddir və təbii çiçək virusu ailəsindəndir. Lakin pasiyent meymunçiçəyini təbii çiçək virusundan daha yüngül formada keçirir. Dəri üzərindəki səpkilər təbii çiçəyə daha çox oxşayır”.
Bunu Publika.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib.
Həkimin sözlərinə görə, ümumiyyətlə, meymunçiçəyi virusu Afrikada geniş yayılıb və hazırda dünyada bu virusun kliniki əlamətləri müxtəlif dəyişikliklərlə özünü göstərir: “Bu da müəyyən narahatçılıq yaradır. Əvvəllər bu şəpkilər əsasən üzdə, boyunda və əllərdə olurdusa, indi genitalidə, aralıq nahiyyəsində də təsadüf edilir. Ona görə müayinə zamanı bu amil nəzərə alınmalıdır. Hesab edirəm ki, bu virusun Azərbaycana gəlməsi realdır. Biz tam ehtiyatlı olmalıyıq və müəyyən prafilakitiki tədbirlər də görülməlidir. Konkret olaraq insanların maarifləndirilməsi istiqamətində işlər aparılmalıdır”.
A.Qeybulla vurğulayıb ki, məsələyə "bizdə ola bilməz" fikri ilə yanaşmaq doğru deyil: “Xəstəliyin Azərbaycana gəlməsi realdır və burada heç bir problem yoxdur. Əsas odur ki, vaxtında qabaqlayıcı tədbirlər görülsün. Prafilaktiki tədbirlər görməklə xəstəliyin yayılmasının qarşısını almaq, infeksiyanı vaxtında lokallaşdırmaq, eyni zamanda, xəstəliyə yoluxmuş şəxsləri izolyasiya etməklə virusun yayılmasının qarşısını almaq mümkündür. Hədəfimiz də bu olmalıdır. Təəssüf ki, maarifləndirmə işi çox aşağı səviyyədə aparılır. Efirdə mənasız şou-verilişləri yayımlamaqdansa, bu istiqamətdə insanların maarifləndirilməsinə diqqət yetirsək, daha yaxşı olar”.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































