Qırmızı.az
Məcburi abunə sovet təfəkkürüdür, dəyişmək lazımdır - Qulu Məhərrəmli
Təhsil müəssisələrində qəzet və jurnallara abunəliklə əlaqədar mediada bir sıra fikirlər səsləndirilməkdədir. Hər ay müəllimlərin maaşından bəzən tanımadıqları, heç oxumadıqları qəzetlərə, jurnallara abunə haqqı çıxılır. Abunənin könüllülük prinsipi ilə həyata keçirildiyi deyilsə də, reallıq bunun tərsini deyir.
Mövzu ilə əlaqədar Publika.az-a açıqlamasında BDU-nun jurnalistika fakültəsinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli deyib ki, onsuz da az maaşlı müəllimlərin, həkimlərin, mühəndislərin məcburi şəkildə mətbu orqanlara abunə yazılmağa məcbur edilməsi nəinki qanuni deyil, həm də ədalətsizlik və insafsızlıqdır. Onun sözlərinə görə, mətbu nəşrlər özləri öz auditoriyalarını, əlaqələrini və oxucu şəbəkəsini genişləndirməlidir:
“Bununla da özlərinin oxucu kütləsini artıra bilərlər. Daha sovet dövründə olduğu kimi, məcburi şəkildə, kütləvi halda məktəblərdə, xəstəxanalarda, kolxozlarda, sovxozlarda insanların adını abunəyə yazdırmaq doğru deyil. Yaxşı olar ki, qəzetlər, jurnallar şüurlu şəkildə təbliğ olunsun. Belə olan halda, fikrimcə, insanlar abunə yazılmaq istəyərlər. Əlbəttə, bu, könüllü şəkildə olmalıdır, məcburi qaydada etmək doğru deyil”.
Qulu Məhərrəmli təəssüflə qeyd edib ki, bəzən bu hal kortəbii şəkildə baş verir və vətəndaş bilmir ki, onun maaşından hansı qəzet və ya jurnal üçün abunəlik haqqı çıxılıb: “Müəllimlərin əlinə nə qəzet, nə də jurnal keçir. Ona görə bu düşüncəni, yanaşmanı və təfəkkürü dəyişmək lazımdır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
