Qırmızı.az
Dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi başladı
Milli Məclis “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
Publika.az">Publika.az xəbər verir ki, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, qanun layihəsi prezidentin təşəbbüsü ilə parlamentə daxil olub.
Qeyd edilib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yüksək artım tempi 2022-ci ilin ilk 5 ayında da davam edib. Ötən 5 ay ərzində Azərbaycan Ümumi Daxil Məhsulun (ÜDM) həcmi 50 milyard manatı keçmiş, qeydi-neft sektorunda istehsalın həcmi isə 25 milyard manatı keçib. ÜDM artım tempi 7,2 faiz, qeydi-neft sektorun artım tempi isə 11,2 faizi keçmişdir.
Qeyd edək ki, ki, bu rəqəmlər son 12 ilin ən yüksək rəqəmləridir. Ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin 1 barrelinin qiyməti 50 ABŞ dolları nəzərə alınmışdır. Bu ilin 5 ayı ərzində neftin qiyməti 106 ABŞ dolları həcmində olub. Bu ilin 5 ayı ərzində dövlət büdcəsi profisiti 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən dəfələrlə çoxdur. Bunu şərtləndirən bir çox amillər mövcuddur. Bunlardan biri odur ki, ilk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri və qaz ixracından əldə etdiyi gəlirləri demək olar ki, bərabərləşdirilib. Bu müddət ərzində ərzində Dövlət Vergi Xidmətinin xətti ilə yığılmış vergilərin həcmi proqnozdan təxminən 2 milyard manata yaxın çox olub. Bütün bu göstəricilər dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsini zəruri edir. İqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Hazırda müzakirələr davam edir
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
























.jpg)










