Qırmızı.az
Sürücülərə çağırış: İctimai nəqliyyatdan istifadə edin
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı,
şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və
piyadalara bir daha çağırış edib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin
İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, havaların
qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların
baş verməsi ehtimalını artırır.
Yol polisi bunu nəzərə alaraq sürücüləri maksimum şəkildə fərdi
avtomobillərin istismarından imtina etməyə və ictimai nəqliyyat
vasitələrindən istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
sürücülərə və avtomobil sahiblərinə dəfələrlə müraciət etməsinə
baxmayaraq, hələ də yollarda çoxlu sayda avtomobilin hərəkəti
müşahidə edilir:
"Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki,
sürücülər mövsümi şinlərdən, imkan çərçivəsində zəncirlə təchiz
edilmiş təkərlərdən istifadə etməlidirlər, təkərlərin təzyiqi
normadan aşağı olmalıdır.
Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini
nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı,
əyləc sistemindən mümkün qədər az istifadə etməli, avtomobili
hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun
köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə etməli, hava
şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz
saxlanmasını və onların aydın şəkildə görünməsini təmin
etməlidirlər".
Bölmə rəisi həmçinin qeyd edib ki, piyadalar da səkilərlə
hərəkət etməli, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçməli,
yeraltı və yerüstü keçidlərlə hərəkət etməli, valideynlər azyaşlı
uşaqların qapalı şəraitdə olmasına diqqət etməlidirlər.
V.Əsədov bir daha bəyan edib ki, sürücü və piyadalar hava
şəraitindən asılı olmayaraq, "Yol hərəkəti haqqında" Qanunun
tələblərinə ciddi əməl etməlidirlər. Əks təqdirdə onlar kimliyindən
asılı olmayaraq yol polisi tərəfindən qanunverciliyin tələblərinə
uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, ölkə ərazisində yanvarın 30-dan başlayan şaxtalı, qarlı hava şəraitinin həftənin sonunadək davam edəcəyi gözlənilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR