Qırmızı.az
Moskvadakı kütləvi davada soydaşlarımız iştirak etməyib (VİDEO)
Dünən gecə Moskvanın “Sadovod” bazarında dava baş verib.
Kütləvi dava zamanı azı 4 nəfərin ağır yaralandığı və xəstəxanaya
yerləşdirildiyi bildirilir. NTV telekanalının məlumatına görə,
Moskva polisi davaya cəlb olunanlara müdaxilə edərkən 40 adamı
saxlayıb. İlkin məlumatlara görə, tacik və slavyan mənşəli şəxslər
arasında baş verən kütləvi davaya sürücülər arasında parkinq yerilə
bağlı mübahisə səbəb olub.
Kütləvi dava zamanı soyuq və travmatik silahlardan istifadə
edildiyi bildirilir. Davada hər iki tərəfdən 100-dən çox adam
iştirak edib. Onların arasında azərbaycanlı olmayıb. Dava edən
şəxslərin “Sadovod” bazarı və “Quş” bazarında özəl daşınmalarla
məşğul olduğu bildirilir.
Dağıstanlı taksi sürücüsü Ruslan Saidov bu cür vəziyyətdən
bezdiyini bildirib: “Orta Asiyalı geyri-leqal taksi sürücüləri
həmişə burda dava salırlar. Bu isə həm bizim normal işləməyimizə
mane olur, həm də yerli xalq arasında narazılığ doğurur. Çox
istərdim ki, bu bazarda qayda-qanun tətbiq edilsin”.
Bu ilin yanvarında da “Sadovod” bazarında qeyri-qanuni miqrasiya,
qeyri-qanuni silah saxlama, narkotik və silah satışı maddələrinə
əsasən axtarış aparılarkən aralarında azərbaycanlıların da olduğu
600-ə yaxın adam saxlanılmışdı.
“Sadovod” bazarında indi sakitlik hökm sürür. Polis tərəfindən
bazarın içində və ətrafında təhlükəsizlik tədbirləri artırılıb.
Hadisə ilə bağlı araşdırmalar isə davam edir.
ANS TV
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir