Qırmızı.az
Facebook" milyardlar xərcləyəcək
Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook”
şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona
qoşulması üçün milyardlarla dollar xərcləməyə
hazırdır.
Bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən
“Reuters” agentliyi məlumat verib.
“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq
böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti
onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab
edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün
müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim
tərəfindən təşkil olunan tədbirdə bəyan edib.
2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş
milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin
əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə
çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron
məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə
qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə,
2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə
çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən
hər ay 1,3 milyarddan çox insan istifadə edir.
Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet
şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region
sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların
inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq
niyyətindədir.
İCTnews
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"