Qırmızı.az
Hərbi Liseydə Bilik günü qeyd edilib
Sentyabrın 15-də yeni tədris ilinin başlanması və Bilik günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra
meydanına gətirilib. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi
hissəsi açıq elan edilib.
Sonra ilk dəfə əyninə hərbi forma geyinmiş gələcəyin zabitləri sıra
meydanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid
olmuş döyüşçülərin və ulu öndər Heydər Əliyevin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər.
Gənc kursantlar Şərəf Andını qəbul etdikdən sonra hərbi lisey rəisi
general-mayor Mirzə Almasov onları təbrik edib və şərəfli yolda
gələcəyin zabitlərinə uğurlar arzulayıb. Sonra şəxsi heyət
qarşısında liseyin müəllimləri və gənc kursantların valideynləri
çıxış edərək əlamətdar gün münasibətilə hamını təbrik edib,
gənclərimizə xeyir-dua verib və kursantların gələcəkdə Silahlı
Qüvvələrimizin hərbi qüdrətinin güclənməsinə öz töhfələrini
verəcəklərinə əmin olduqlarını ifadə ediblər.
Kursantların təntənəli marşla keçidindən sonra lisey rəhbərliyinin
valideynlərlə görüşü keçirilib və onlar liseydə yaradılmış şaraitlə
tanış olublar.
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO