Qırmızı.az
Deputat məktəblilərə çanta payladı - FOTOLAR
Ana Vətən Partiyasının sədri, Milli Məcilisin deputatı Fəzail Ağamalı Bilik Günündə deputat seçildiyi Salyan-Neftçala rayonlarında şagird və müəllimlərlə görüş keçirib.
Publika.az-ın məlumatına görə, deputat F.Ağamalı Neftçala rayonunun Aşağı Surra, Salyan rayonunun Çuxanlı və Piratman Gəncəli kəndlərində olub.
Aşağı Surra kəndində yeni məktəb korpusunun açılışında iştirak edən F.Ağamalı dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, valideynlərlə görüşərək onların təklif və fikirlərini dinləyib.
Çuxanlı və Piratman Gəncəli kəndlərində də şagirdlərə uğurlar arzulayan F.Ağamalı müəllimlərin məktəbin təmiri ilə bağlı narahatlıqlarını müvafiq dövlət qurumlarının diqqətinə çatdıracağını bildirib.
Deputat F.Ağamalı habelə Çuxanlı kəndində uşaq bağçasını ziyarət edib, bağçanın təmiri ilə bağlı məsələni diqqətdə saxlayacağını kollektivin nəzərinə çatdırıb.
Tədbirdən sonra seçicilərlə fərdi qaydada görüşən F.Ağamalı onları narahat edən problemləri qeydiyyata götürüb.
F.Ağamalı həmçinin, əvvəlki illərdə olduğu kimi Salyan rayonunun Yenikənd, Şəkərli, Yuxarı Noxudlu, Aşağı Noxudlu, Çuxanlı və Piratman Gəncəli, Neftçala rayonunun Aşağı Surra kənd orta məktəblərində I sinfə gedən 315 şagirdə məktəbli çantaları və məktəb ləvazimatları hədiyyə edib.
Vasif Həsənli
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir