Müəllimlərin adına kredit götürən direktorun məhkəməsində - QALMAQAL
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin adına kredit götürən direktorun məhkəməsində - QALMAQAL

Bu gün Xətai rayon məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyevanın həmin təhsil müəssisəsinin keçmiş direktoru İradə Murquzovaya qarşı iddiasına baxılıb.

Publika.az xəbər verir ki, hüquq müdafiəçisi, iddiaçı tərəfinin vəkili Teymur Rzayev bildirib ki, Milli.az saytının əməkdaşı Anar Məmmədov 171 saylı məktəbin keçmiş direktoru İradə Murquzova ilə məlum olaylarla bağlı telefonla müsahibə götürüb:

“İ.Murquzova müsahibəsində məktəbin müəlliməsi Mədinə Tağıyevanın ünvanına sərt təhqir və böhtanla dolu fikirlər səsləndirib. Bununla bağlı Mədinə Tağıyeva İ. Murquzova tərəfindən təhqir olunduğu üçün 100 min manat təzminat və ona qarşı səsləndirilən təhqir və böhtanların təkzibini istəyib. Məhkəmə icrasında İradə Murquzova iştirak etməyib. Onun vəkili İlqar Abbasov çıxış edərək qarşı tərəfin İ.Murquzovaya qarşı qaldırdığı iddianı rədd edib. İ.Abbasov hüquqlarını müdafiə etdiyi İ.Murquzovanın Milli.az saytınaı verdiyi müsahibədə müəllimə Mədinə Tağıyevanı təhqir etmədiyini və yazılanlıarın yalan olduğunu bildirib”.

Bundan sonra məhkəmədə fasilə elan edilib. Fasilə zamanı vəkil İlqar Abbasov və onun yanında olan bir nəfərin iddiaçı tərəf ilə mübahisəsi yaranıb. Bunun nəticəsində qarşıdurma olub. “Uşaq saytının” baş redaktoru Nigar Hüseynqızının vəkilə ünvanlandığı sual mübahisəni qızışdırıb. İ.Abbasov iddiaçı tərəfi onlara təzyiq etməkdə günahlandırıb. Məhkəməyə müraciət edən Mədinə Tağıyeva isə İ. Abbasovun İ.Murğuzova tərəfindən öyrədilərək bu addımı atdığını iddia edib.

Müəllimə bildirib ki, keçmiş direktor tərəfindən ona əsassız şəkildə verilmiş beş töhmət Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ləğv edildiyi kimi, İ.Murquzova Milli.az saytında ona qarşı səsləndirdiyi təhqir və böhtanlara görə də cavab verəcək. Məhkəmə işçiləri və mühafizəçi polislər tərəflər arasında yaranmış münaqişəyə müdaxilə etməli olublar.

Fasilədən sonra hakim prosesin 23 sentyabr saat 14:30-dək təxirə salındığını elan edib.

Məhkəmə iddiaçıdan şikayət ərizəsinə dair sübutları, milli.az saytının əməkdaşı Anar Məmmədovun İradə Murquzovadan aldığı müsahibənin səs yazısını tələb edib.

Xatırladaq ki, İ.Murquzova müəllimlərin adına kredit götürərək krediti onlara ödətdirib. Bu faktla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi yoxlama aparıb və direktor işdən qovulub.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm