Qırmızı.az
Türkiyənin qadın təşkilatları Zaqatalada olublar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə bir Zaqatalada ənənəvi əl sənətləri ilə tanışlıq sərgisi keçirilib.
UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdikləri “Türk və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə Milli Komissiyası işçi qrupunun nümayəndələri səfər proqramına uyğun olaraq Zaqatala rayonunda olublar.
Türkiyəli qonaqlar Zaqatala uşaq yaradıcılıq mərkəzində və rayon mədəniyyət evində yerli sənətkarların əl işləri ilə tanış olub, sənətkarlarla görüşüb, əl işlərinin hazırlanması, toxuma, yunun daranması və ip alınması proseslərini izləyiblər. Sərgilərdə nümayiş etdirilən əl işlərindən şəbəkə, ağac üzərində yandırma və oyma üsulları ilə hazırlanmış sənət əsərləri, qadınların toxuduqları xalça, kilim, yun corab və əlcəklər, bədii tikmələr, xalq tətbiqi sənəti nümunələri türkiyəli qonaqların böyük marağına səbəb olub.
Səfər çərçivəsində qonaqlar Zaqatalanın görməli yerlərini gəzib, tarixi məkanlar və abidələrlə tanış olublar.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan