Qırmızı.az
DQİDK ilə BMT arasında Fəaliyyət Planına dair razılıq əldə olundu
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İstanbulda BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz
Al-Nassir ilə görüşüb.
Görüşdə DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında 2013-cü
ilin sentyabrında imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq
Fəaliyyət Planına dair razılıq əldə edilib və paraflanıb. Fəaliyyət
Planı Dövlət Komitəsi ilə Sivilizasiyalar Alyansı arasında
mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş
cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata
keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı müvafiq prosedurlar
tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.
E.İskəndərov mətbuata açıqlamasında Azərbaycanın BMT-nin
Sivilizasiyalar Alyansı ilə əməkdaşlığa önəm verdiyini və indiyədək
Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən bir çox
tədbirlərə ev sahibliyi etdiyini söyləyib. Komitə sədri bu
istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın himayəsi ilə 2007-ci ildə Bakıda
“Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransının
keçirilməsini və bu təşəbbüsün beynəlxalq gənclər hərəkatına
çevrilməsini qeyd edib.
XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli
mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və
qarşılıqlı anlaşma prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün
üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyini diqqətə
çatdıran E.İskəndərov bu baxımdan Azərbaycanın tolerantlıq irsinə
sadiq qalaraq dünyada sülhün bərqərar olunması istiqamətində
fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.
DQİDK-nın sədri Azərbaycanda fərqli dinlərin və məzhəblərin
nümayəndələrinin hər zaman dostluq və qardaşlıq şəraitində
yaşadıqlarını söyləyib.
Nasser Abdüləziz Al-Nassir Azərbaycan ilə əməkdaşlıq etməkdən
məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında
razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün
işlərin davam etdiriləcəyini bildirib.
Fəaliyyət Planı üzrə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı
arasında birgə həyata keçiriləcək layihələr sülh, gənclərin
inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual
əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və
türk dünyası mədəniyyətinin dünyada tanıdılmasını da nəzərdə tutur.
/Azərtac/
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər