Qırmızı.az
Ramil Usubov polis rəisini cəzalandırdı

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin araşdırması nəticəsində işdə yol verdikləri nöqsanlara görə Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinin rəisi polkovnik-leytinant Yaşar Göyüşov, bölmənin Bədalan kənd sahə müvəkkili, polis kapitanı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizova töhmət verilib.
Bu barədə Axar.az-a Masallı sakini Qiyas Rəcəbovun hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Masallı Rayon İcra Hakimiyyəti rayonun Türkoba kənd sakini Rəcəbov Qiyas İlyas oğluna mülkiyyətində olan torpaq sahəsində ticarət obyekti tikintisinin aparılması barədə sərəncam verib. Lakin onun həmkəndlisi İlham Qurbanov tikintiyə maneçilik törətməyə başlayıb.
“Ona bu işdə polis qardaşı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizov da dəstək verib. Ona görə də məsələnin obyektiv araşdırılması üçün bu ilin avqust ayında Daxili İşlər naziri Ramil Usubova müraciət etdim. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları barədə araşdırma aparılmasını, eyni zamanda, Q.Rəcəbovun xüsusi mülkiyyətinə qarşı edilmiş qanun pozuntusunun qarşısının alınması ilə bağlı aparılmış təhqiqatın obyektivliyini təmin etmək məqsədi ilə nəzarətə götürməsini xahiş etdim”, - S.Vəkilov bildirib.
Həmin müraciət əsasında DİN Baş İctimai Təhlükəsizlik İdarəsində təhqiqat aparılıb. Nəticədə Masallı Rayon Boradigah Polis Bölməsinin rəisi və 2 əməkdaşı vəzifəsindən sui-istifadə etdiyinə və işində yol verdikləri nöqsanlara görə töhmət alıb.

-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər