Qırmızı.az
Mikayıl Cabbarov: “Keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil”
Təhsildə əsas meyar müəllimlə bağlı olmalıdır. Aydındır ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil.
Publika.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.
Nazirin sözlərinə görə, təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsil alanların nailiyyətlərinə əlavə töhfələr verir. Yeri gəlmişkən, qeyd edək ki, təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir”.
M.Cabbarov onu da bildirib, müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.
“Yüksək nüfuzlu təhsilverənin formalaşdırılması istiqaməti üzrə həyata keçiriləcək tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması daxildir. Bu baxımdan təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması və digər məqamlar da nəzərdən qaçırılmamalıdır.
Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafına (səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması və s.) dair bir sıra mühüm işlərin görülməsi də nəzərdə tutulmuşdur”.
Gülxar
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO