Qırmızı.az
Gün ərzində 700 min sərnişin daşınır - Metroda
“Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür. Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir. Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır”
Publika.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov yap.org.az-a müsahibəsində deyib.
Z.Hüseynov onu da bildirib ki, hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır:
Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Bakı metropoliteninin Konseptual İnkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edilən yeni metro xətlərində tətbiq olunan “Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)” mövcud rele-rels dövrəsi sistemindən tamamilə fərqli olan mikroprosessor (MPS), CBTS və SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur. Bu sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitorinq fəaliyyətini təmin edir. Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqlarının təchizatı, quraşdırılması və işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın “Thales Communications & Security S.A.S ” şirkəti tərəfindən həyata keçiriləcək”.
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO