Ana məhkum oğlu üçün qanunu pozdu
Bizi izləyin

Qırmızı.az

Ana məhkum oğlu üçün qanunu pozdu

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Əlisəfa Arif oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Samsung Duos” markalı və əynindəki şalvarın cibindən 1 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı, 3 ədəd “Cin” və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Ə.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm