Qırmızı.az
Avtobus sürücüsü barəsində cinayət işi açıldı
Bakıda piyadaları öldürən avtobus sürücüsü saxlanılıb.
Publika.az Bakı şəhər Prokurorluğu və Baş Polis
İdarəsinin mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən
xəbər verir ki, paytaxtın Nizami rayonunun hüquq-mühafizə orqanları
tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan
sürücünün məsuliyyətə cəlb olunması təmin olunub.
Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək prospektində
1985-ci il təvəllüdlü Cəfərov Süleyman Vahid oğlunun idarə etdiyi
50 saylı marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 90-HA-841
dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını kobud
şəkildə pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev
Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar
oğlunu vurması, sonuncuların aldığı xəsarətlərdən ölmələri faktına
görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin
263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq
istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam
etdirilir.
-
Ekopublika.az07:25
Bakıda ən bahalı torpaq harada satılır? - SİYAHI
-
Sağlamlıq07:10
İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar – Oynaq ağrılarını dayandırır
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO