Qırmızı.az
Köhnə “Sovetski”nin ərazisində park salınmayacaq - ÖZƏL
Bakının "Nizami" metrosundan Dövlət Statistika Komitəsinə qədər, “Sovetski” adlanan ərazi söküləndən sonra park üçün istifadə olunmayacaq.
İcra strukturundan adının çəkilməsini istəməyən mənbənin Publika.Az-a verdiyi məlumata görə, Bakının Baş Planına əsasən, əvvəl bu ərazinin park kimi istifadə edilməsi nəzərdə tutulmuşdu. Amma artıq bu barədə qərar dəyişib. Mütəxəssislər ərazinin park üçün uyğun yer olmadığını bildiriblər və ərazinin söküntüdən sonrakı taleyi hələ ki müzakirə olunur. Ehtimal ki burda yaşayış massivi salınacaq.
Mənbənin məlumatına görə, söküntü və əhalinin köçürülməsi işləri ilə Yasamal Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi məşğul olur. Hazırda ərazidə inventarizasiya işləri aparılır və söküləcək ümumi sahənin həcmi müəyyənləşdirilir. Qiymətləndirmə şəhərin mərkəzi hissəsində dövlətin qoyduğu qiymətə əsasən hesablanacaq. Bu isə mərkəzi hissələr üçün 1500 manatdır. Mənbə əhalinin verilən puldan narazı olması və bir çoxlarının mənzillərinin sahəsinin az olması səbəbindən əldə edəcəkləri pulun yeni mənzil üçün kifayət etmədiyi barədə iddialara da cavab verib.
İcra strukturunun nümayəndəsi dedi ki, əhaliyə ödəniləcək məbləğ sənədlərdə olan sahəyə görə yox, faktiki sahəyə əsasən verilir. “Bu ərazidə evlərin çoxu ümumi həyət tiplidir, sakinlərin çoxu mənzillərini genişləndirərək ətraf sahələri evlərinə qatsalar da, onlara heç bir sənəd almayıblar. Amma sakinlər pul verilərkən sənəddə göstərilməyən, amma faktiki istifadə etdikləri sahəyə görə də 1500 manatdan kompensasiya alacaqlar.” “
Alacaqları məbləğdən narazı qalan bəzi sakinlər evlərini tərk etməyəcəklərini deyiblər, onların tələbləri hansısa şəkildə nəzərə alınacaqmı?” barədə suala cavab verən mənbə dedi ki, layihə dövlət layihəsidirvə bu ərazilər gec-tez söküləcək. Qərara əsasən, sakinlərə yeni mənzillər yox, yalnız pul verilir.
Ərazidən sakinlərin ilin sonuna qədər tam köçürülməsi planlaşdırılır.
Seymur
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR