Qırmızı.az
Azərbaycanda qadınların abort "sevgisi"
Azərbaycanda abortlar daha çox 25-34 yaş arasında olan qadınlar tərəfindən etdirilir. Bu yaşda olan hər 1000 qadından 20-nin hamiləliyi abortla başa çatır.
Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərini icra edən, mama-ginekoloq Leyla Məmmədova Trend-ə bildirib ki, 2013-cü ildə Azərbaycanda doğuşların sayı 146 600, abortların sayı 27 892 olub.
Azərbaycanda hər 1000 nəfər 18-19 yaşlı qadına düşən abortların sayı 6,4, 20-24 yaşlı qadınlara düşən abortların sayı 12,4-dür. Abort göstəricisi 25-34 yaşlı qadınlar arasında digər yaş qrupları ilə müqayisədə nəzərəçarpan dərəcədə yüksəkdir.
Bu göstərici 25-29 yaşlı qadınlar arasında 19,4, 30-34 yaşlı qadınlar arasında 20, 35-49 yaşlı qadınlar arasında 4,2-dir.
Onun sözlərinə görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir. Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxama ilə nəticələnir. Məhz belə hallarda həmin qadınlar tibb müəssisələrinə müraciət etdikdə həkimlər bu abortlardan xəbər tuturlar.
L.Məmmədova əlavə edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda 2013-cü ildə hər 100 doğuşa 19 abort qeydə alınıb. Son demoqrafiya və sağlamlıq sorğusunun (2011-ci il) nəticələrinə görə isə Azərbaycanda hamiləliklərin 52,7%-i diri döllə doğuşla, 40,9%-i süni abortla başa çatır. Bu göstəricilər 2006-cı il üzrə demoqrafiya və sağlamlıq sorğusunda müvafiq olaraq 45,5% və 48,9% təşkil edib: “Müsbət dinamika qeyd olunur. Sorğunun nəticələrinə əsasən, hamiləliklərin nəticəsi baxımından abortlar 8% azalıb. Ancaq, əlbəttə, bütün hallarda bu göstəricilər qənaətbəxş deyil. Bu hallar reproduktiv yaş dövründə olan qadınlarımızın ailə planlaması üsullarından istifadə səviyyəsinin aşağı olmasından irəli gəlir”.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan